Azərbaycanın kişi qılıncoynadanları XXX Ümumdünya Yay Universiadasında komanda yarışında iştirak ediblər

A- A A+

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının növbəti yarış günündə kişi şpaqaçılarımız komanda yarışında iştirak ediblər.

NUHÇIXAN kluba istinadla xəbər verir ki, Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət şpaqa üzrə komandamız ilk görüşündə Səudiyyə Ərəbistanı komandasını 44:35 hesabı ilə məğlub edib. Qılıncoynadanlarımız səkkizdəbir finalda fransalı həmkarlarına 26:45 hesabı ilə uduzublar. Komandaların yekun sıralamasında Kanada, Portuqaliya, Danimarka və Səudiyyə Ərəbistanını qabaqlayan şpaqaçılarımız yarışı 16-cı sırada başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: