“Tokio 2020”: voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib

A- A A+

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib.

NUHÇIXAN xəbər verir ki, matçlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. Avqustun 1-də “D” qrupu üzrə keçirilən oyunlarda Braziliya Kamerun (21:15), Dominikan Respublikası Azərbaycanla (23:45) mübarizə aparacaq.

Avqustun 2-də Braziliya Azərbaycan (21:15), Kamerun Dominikan Respublikası (23:45) ilə gücünü sınayacaq. Avqustun 3-də isə Braziliya Dominikan Respublikası (17:00) ilə, Azərbaycan Kamerunla (19:00) mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: