Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçiriləcək “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ilk turu start götürür.
NUHÇIXAN xəbər verir ki, turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edəcək. Ondan başqa, yarışda Yan Nepomnyaşi (Rusiya), Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa), Riçard Rapport (Macarıstan), Liviu Dieter Nisipeanu, Daniel Fridman (hər ikisi Almaniya), Kaydo Kyulaots (Estoniya) mübarizə aparacaqlar. Teymur Rəcəbov ilk turda Radoslav Voytaşek ilə qüvvəsini sınayacaq.
Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.