NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası qurumun loqosunun hazırlanması üçün "Kreativ loqo" müsabiqəsi elan edir.
Müsabiqə aşağıdakı şərtlərlə keçirilir:
- Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər.
- Loqo əvvəl heç yerdə yayımlanmamalıdır;
- Loqoda konsepsiyaya (futbola) uyğun olan məzmun əks etdirilməlidir.
Qeyd: Müəlliflər loqoları "JPEG" və ya "PNG" formasında nazirliyin rəsmi facebook səhifəsinə göndərməlidirlər. Loqo nümunələri iyulun 25-dək təqdim edilməli, üzərində ad və soyad qeyd edilməldir.
Qalib Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası tərəfindən mükafatlandırılacaqdır.