İstanbulun "Beşiktaş" futbol klubu yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi "Vitoriya de Gimarayeş" komandasında forma geyinən Tayler Boydu transfer edib. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. T.Boyd yeni klubunda ilinə 1,2 milyon avro qazanacaq.
Qeyd edək ki, "Beşiktaş" bu transferə görə Portuqaliya təmsilçisinə 2,4 milyon avro ödəyəcək.