Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub.
NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası Budapeşt Qran-Prisindən sonra reytinq cədvəlini açıqlayıb. Qran-Pri yarışında bürünc medal qazanan Telman Vəliyev (73 kq) 31 pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb. Bu çəki dərəcəsində digər cüdoçumuz Hidayət Heydərov altıncı mövqedədir. Ağır çəkili cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yerlərdədirlər. Uşangi Kokauri (+100 kq) isə bir pillə geriləyərək 15-ci pillədə qərar tutub.
Komandamızın digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 26-cı, Kəramət Hüseynov 37-ci, Orxan Səfərov (hər ikisi 60 kq) 38-ci sırada qərarlaşıblar.
Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə dünya reytinq cədvəlində beşincidir.