"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq

A- A A+

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

NUHÇIXAN xəbər verir ki, “Qarabağ” I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova “Şerif”i ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: