İyulun 17-də Ağdamın “Qarabağ” klubu yay transfer pəncərəsində dördüncü transferini reallaşdırıb.
NUHÇIXAN klubun “Facebook” səhifəsinə istinadla bildirir ki, “Qarabağ” fransalı hücumçu Maqaye Qeyeni heyətinə qatıb.
İyirmi doqquz yaşlı futbolçu “Qarabağ”da 99 nömrəli formada çıxış edəcək. Seneqal əsilli forvardın çıxış etdiyi sonuncu komanda Türkiyənin “Osmanlıspor” klubu olub. O, karyerası ərzində Fransanın “Strasburq”, “Brest”, İngiltərənin “Everton”, “Milloull” və Türkiyənin “Adanaspor” komandalarının formasını geyinib.
“Qarabağ” yay transfer pəncərəsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə cəlb edib.