Bu gün Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək

A- A A+

Bu gün "Səbail" və "Neftçi" komandaları UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə çıxacaqlar.

NUHÇIXAN-ın məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Rumıniyada "Universitatya"nın qonağı olacaq.

Krayova şəhərindəki "İon Oblemenko" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda "Krayova" qalib gəlib - 3:2. Avrokuboklarda debüt edən "Səbail" mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərtilə minimum 2 top vurmalı və ya 2 top fərqi ilə qalib gəlməlidir.

"Neftçi" isə "Bakcell Arena"da daha bir debütant Moldova "Sperantsa"sını qəbul edəcək. Görüşün start fiti saat 21:00-da çalınacaq. Kişinyovdakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib - 3:0. Bu səbəbdən, "ağ-qaralar"ın mərhələ adlaması xeyli realdır. Yalnız 3 top fərqi ilə məğlub olacağı halda, Roberto Bordinin baş məşqçi olduğu kollektiv mübarizəni dayandıracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: