“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov yarımfinalda Uesli So ilə mübarizə aparacaq

A- A A+

Riqada FIDE-nin və "World Chess" şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində iyulun 18-də yarımfinal oyunları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli So ilə qarşılaşacaq.

Birinci mərhələdə - səkkizdəbir finalda şahmatçımız rusiyalı Daniel Dubovu, dörddəbir finalda isə polşalı Kriştov Dudanı məğlub edib.

Qran-Pri pley-off sistemi üzrə keçirilir. Qarşılaşmalarda qalib gələn şahmatçılar növbəti mərhələyə vəsiqə qazanır, uduzanlar isə yarışı tərk edirlər. Yarışda göstərilən nəticələrə görə şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: