“Neftçi” və “Speranta” komandalarının start heyətləri müəyyənləşib

A- A A+

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-də keçiriləcək “Neftçi”-“Speranta” (Moldova) cavab görüşü üçün komandaların start heyətləri müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq görüşdə paytaxt təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Vangelis Platellas, Rauf Əliyev, Kiril Petrov, Ömər Buludov, Stiven-Jozef Monroz, Mamadu Kane yer alıblar.

“Speranta”nın heyətində isə meydana Denis Makoqonenko, Mixail Bolun, Nogueira Barbosa, Konstantin Sandu, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, Ştefan Efros, İon Arabaci, Ruslan Çelari, Maksim Yurku çıxacaqlar.

Qarşılaşma saat 21:00-da başlayacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yulian Vaynberger olacaq. Ona həmyerliləri Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrea Heyss yerinə yetirəcək. Görüşdə UEFA nümayəndəsi İvan Lekov (Bolqarıstan) olacaq.

Moldovada keçirilən ilk görüşdə “Neftçi” 3:0 hesabı ilə rəqibini məğlub edib.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı bu mərhələni adlayacağı təqdirdə avroliqanın debütantı “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: