“Universitatea”-“Səbail” matçı başlayıb

A- A A+

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində Krayivo şəhərində keçirilən “Universitatea” (Rumıniya) - “Səbail” oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, “Səbail” klubunun onbirliyində Daniel Bojinovski, Elvin Yunuszadə, Şəhriyar Rəhimov, Urfan Abbasov, Eriko, Yevqeni Koçuk, Andrey Beybelayev, Rahid Əmirquliyev, Bilal Həmdi, Mirabdulla Abbasov və Ağabala Ramazanov yer alıblar.

“Universitatea”nın heyətində isə meydana Mirko Pilyaçello, Renato Keliç, Boqdan Vetejolo, Mixay Roman, Aleksandru Matey, Nikuşor Banku, Kamer Caka, Antoniy İvanov, Kristian Berbuc, Stefan Aka və İvan Martiç çıxıblar.

Bu komandaların arasında “Bayıl Arena”da keçirilən birinci görüşdə qonaqlar üstün olub (2:3).

Qarşılaşmanı İslandiyadan olan hakimlər briqadası idarə edir. Baş hakim Xelqi-Mikael Yoxanssondır. Ona Yoxan Qudmundsson və Brinqeyr Valdimarsson kömək edirlər. İvar-Ori Kristyansson isə dördüncü hakim funksiyasını yerinə yetirir.

“Səbail” Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: