İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində paytaxtın “Neftçi” komandası Bakıda Moldovanın “Speranta” klubunu qəbul edir.
NUHÇIXAN xəbər verir ki, “Bakcell Arena”da keçirilən cavab oyununda flaqmanın heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Vangelis Platellas, Rauf Əliyev, Kiril Petrov, Ömər Buludov, Stiven-Jozef Monroz və Mamadu Kane yer alıblar.
“Speranta”nın heyətində isə meydana Denis Makoqonenko, Mixail Bolun, Nogueira Barbosa, Konstantin Sandu, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, Ştefan Efros, İon Arabaci, Ruslan Çelari, Maksim Yurku çıxıblar.
Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Yulian Vaynbergera Maksimilian Kolbiç və Mixael Nemets kömək edirlər. Dördüncü hakim funksiyasını Andrea Heyss yerinə yetirir.
Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
“Ağ-qaralar” bu mərhələni keçəcəyi təqdirdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.