İyulun 20-də Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turnirinin altıncı turunun oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov növbəti turda Kaydo Kyulaotsla (Estoniya) mübarizə aparacaq. Altı turun nəticəsinə görə, təmsilçimizin aktivində 3 xal var. Lenyer Dominqes (ABŞ) 3,5 xalla turnir cədvəlində liderliyini davam etdirir. Radoslav Voytaşek (Polşa), Riçard Rapport (Macarıstan) 3, Yan Nepomnyaşi (Rusiya), Liviu Dieter Nisipeanu, Daniel Fridman (hər ikisi Almaniya) 2, Kaydo Kyulaots (Estoniya) 1 xal toplayıblar.
Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.