UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Arsenal” (Rusiya)–“Neftçi” matçına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.
Qeyd edək ki, iyulun 25-də “Arsenal” mərkəzi stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.