İyulun 20-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün ikinci təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Dundalk” (İrlandiya) – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, iyulun 24-də Dundalkdakı “Oriel Park” stadionunda keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Bartoş Frankovski olacaq. Ona həmyerliləri Marçin Bonyek və Yakub Vinkler kömək edəcək. Daniel Stefanski isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşdə isveçli Peter Froydfeldt hakim-inspektor, lüksemburqlu Şarl Şak isə UEFA nümayəndəsi olacaqlar.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra “Dalğa Arena”da təşkil olunacaq. Bakıdakı görüş saat 21:00-da start götürəcək.