NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 60-a yaxın məktəbli mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən oğlanlar arasında Mirtaleh Seyidli I, Rza Həsənov II, Turan Mirzəyev III yerin sahibi olublar. Qızların mübarizəsində isə Nuran Tahirli I, Duyğu Tahirli II, Fatimə Rəhimli isə III yerə layiq görülüb.
Sonda qaliblərə təşkilatçıların diplomları təqdim olunub.
Əli Məmmədov