Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-pri turnirinin finalının birinci partiyasında Maksim Vaşye-Laqrava qalib gəlib.
NUHÇIXAN xəbər verir ki, ikinci partiya iyulun 23-də keçiriləcək. Qran-pri turnirinin Olimpiya sistemi üzrə keçirilən mərhələ yarışları yarımfinal və final raundlarının ibarətdir. Hər bir mərhələ vaxta klassik nəzarətlə iki partiyadan ibarətdir. Bundan əlavə, hər hansı iştirakçı iki partiyanın yekununa əsasən qələbə üçün lazım olan 1,5 xalı toplamasa, onda qısaldılmış nəzarət vaxtı ilə tey-breyk keçiriləcək.
Dörd mərhələnin yekunlarına görə ən yaxşı iki qrossmeyster iddiaçıların turnirində iştirak etmək hüququ qazanır. İddiaçılar turnirinin qalibi dünya çempionu, norveçli Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Turnirin birinci mərhələsi mayın ortalarında Moskvada keçirilib və rusiyalı qrossmeyster Yan Nepomnyaşşenin qələbəsi ilə başa çatıb. Riqa mərhələsi iyulun 23-də və ya tay-breyk olarsa, iyulun 24-də başa çatacaq. Bundan əlavə, Hamburqda (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) mərhələ yarışları keçiriləcək. Seriyada cəmi 21 şahmatçı iştirak edəcək. Onların hər biri üç mərhələdə gücünü sınayacaq.