Avropa Liqasında “Neftçi”ilə oyunda “Arsenal”ı anşlaq gözləyir

A- A A+

Avropa Liqasının ikinci təsnifat raundu çərçivəsində Tulanın “Arsenal” komandasını Azərbaycanın “Neftçi” komandası ilə ev oyununda dolu tribunalar gözləyir.

NUHÇIXAN xəbər verir ki, oyun iyulun 25-də keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda təşkil olunacaq.

“Biletlər aktiv satılır. Biz anşlaq gözləyirik”, - deyə mətbuat xidmətində bildiriblər.

Rusiya Premyer Liqasının 2018/2019-cu il mövsümünün yekununa görə, “Arsenal” altıncı yeri tutub. Bununla da Avropa Liqasının ikinci seçmə raundunda iştirak hüququ qazanıb. “Neftçi” milli birincilikdə ikinci yerdə olub və turnirə birinci təsnifat raundundan başlayıb. Burada iki görüşün nəticəsinə görə Moldovanın “Sperans” komandasına qalib gəlib (6:0, 3:0).

Avropa Liqasının cari mövsümündə Rusiyanı, həmçinin Moskvanın “Spartak” və MOİK klubları təmsil edəcək. “Qırmızı-ağlar” üçüncü təsnifat raundundan çıxışa başlayacaq ki, burada da İsveçrənin “Tuna” klubuna qarşı çıxış edəcəklər (oyunlar avqustun 8-də və 15-də keçiriləcək). Ordu klubu isə birbaşa turnirin qrup raunduna düşüb (püşkatma – 30 avqust, birinci tur – 19 sentyabr).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: