FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib.
NUHÇIXAN xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cavab oyununda Fransa təmsilçisi Maksim Vaşe-Laqrava məğlub olub. Rəqiblər qalibin müəyyənləşməsi üçün iyulun 24-də tay-brekdə mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən gün keçirilmiş birinci partiyada Ş.Məmmədyarov M.Vaşe-Laqrava qalib gəlib.
Pley-off sistemi üzrə keçirilən Qran-Pridə göstərilən nəticələrə görə, şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.