Oyun çox gərgin şəraitdə keçdi. Bəzi zədəli futbolçularımız olduğu üçün oyun planımızda dəyişikliklər etdik. Rəqib də qələbəyə çox istəkli idi.
NUHÇIXAN xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Dandolk"-“Qarabağ” oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
“Futbolçularımızın hər birindən razı qaldım. Qarşıdakı bir həftə ərzində oyuna daha yaxşı hazırlaşmalı və cavab görüşündə maksimum diqqətli olmalıyıq.