Şəhriyar Məmmədyarov Norveç superturnirində lideri təqib edir

A- A A+

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2018” superturnirinin ikinci turunun matçında heç-heçə oynayıb.

NUHÇIXAN xəbər verir ki, həmyerlimiz bu turda ABŞ təmsilçisi Fabiano Karuana ilə görüşdə qara fiqurlarla oynayırdı. 26-cı gedişdən sonra rəqiblər heç-heçəyə razılaşıblar.

İkinci turun digər oyunlarında da heç-heçə nəticələr qeydə alınıb. Xatırladaq ki, bu turda rusiyalı Sergey Karyakin norveçli Maqnus Karlsenlə, amerikalı Hikaru Nakamura hindistanlı Vişvanatan Anandla, çinli Din Lijen fransalı Maksim Vaşye-Laqravla, erməni Levon Aronyan isə ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.

İki turdan sonra hazırkı dünya çempionu Maqnus Karlsen 1,5 xalla liderdir. Aktivində 0,5 xal olan Fabiano Karuana sonuncu yerdədir. Digər şahmatçılar hərəyə 1 xal toplayıblar.

Bu gün keçiriləcək üçüncü turda Maqnus Karlsen Levon Aronyanla, Uesli So Hikaru Nakamura ilə, Vişvanatan Anand Din Lijenlə, Şəhriyar Məmmədyarov Sergey Karyakinlə, Maksim Vaşye-Laqrav Fabiano Karuana ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: