Azərbaycan yığması Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində 109-cu yerə çıxaraq vəziyyətini bir pillə yaxşılaşdırıb. FIFA reytinqinin yenilənmiş versiyası iyulun 25-də qurumun saytında yerləşdirilib.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan yığması iyul ayında rəsmi və yoldaşlıq görüşləri keçirməyib.
“Avro-2020” turnirinə seçim mərhələsində Azərbaycan yığmasının rəqib komandaları aşağıdakı yerləri tutublar: Xorvatiya (7), Uels (24), Slovakiya (31) və Macarıstan (45) .
Reytinqə əvvəlki kimi Belçika yığması başçılıq edir. “Kopa Amerika” turnirində qazandığı qələbə sayəsində Braziliya ikinci yeri tutub.
Fransa, İngiltərə, Uruqvay, Portuqaliya, Kolumbiya, İspaniya və Argentina yığmaları da ilk onluqda yer alıblar.