İyulun 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” komandası ilə Tbilisinin “Dinamo” klubu arasında oyuna start verilib.
NUHÇIXAN xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşdə Azərbaycan komandasının heyətində ilk onbirdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Ülvi İsgəndərov, Fernan Lopez, Yusif Nəbiyev, Merab Qiqauri yer alıblar.
Gürcüstan təmsilçisinin heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutalya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxıblar.
Oyunu Şotlandiyadan olan hakimlər idarə edirlər. Qarşılaşmanın baş hakimi Nikolas Uolş, yan xətt hakimləri isə Alan Malvanni və Cordan Stokoedir. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirir.
“Qəbələ” bu mövsüm Avropa miqyaslı turnirdə ilk matçına çıxır.
Cütlüyün qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.
Bu komandaların cavab görüşü avqustun 1-də Tbilisidə keçiriləcək.