UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Arsenal” (Rusiya) -“Neftçi” oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Tula şəhərindəki mərkəzi stadionda baş tutacaq görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.
Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Lamek Banda və Aleksandru Tudorie meydana çıxacaqlar.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oyunu Albaniyadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Enea Jorgji olacaq. Ona yan xətt hakimləri Ridiger Çokaj və İlir Tartaraj kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klajdi Kolay yerinə yetirəcək.
“Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” klubunu mübarizədən kənarlaşdırıb. Komandaların cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.