İyulun 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində “Arsenal” (Rusiya) ilə “Neftçi” arasında oyuna start verilib.
NUHÇIXAN xəbər verir ki, Tula şəhərindəki mərkəzi stadionda baş tutan görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.
Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Lamek Banda və Aleksandru Tudorie meydana çıxıblar.
Oyunu Albaniyadan olan hakimlər idarə edir.
Komandaların cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.
“Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” klubunu mübarizədən kənarlaşdırıb.