"Barselona"dan ayrılan müdafiəçi "Beşiktaş"da

A- A A+

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini reallaşdırıb.

NUHÇIXAN-ın məlumatına görə, İstanbul klubu "Barselona" ilə müqaviləsi bitən braziliyalı müdafiəçi Duqlasla anlaşıb. Azad agent statusu ilə transfer olunan 28 yaşlı futbolçuyla üç illik müqavilə bağlanıb. Futbolçunun illik maaşı 800 min avro olacaq.

Qeyd edək ki, Duqlas "Barselona", "Sportinq" (Xixon) və "Benfika" klublarında da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: