“Neftçi”–"Arsenal” (Tula) oyununu Maltadan olan hakimlər briqadası idarə edəcək

A- A A+

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi”–"Arsenal” (Tula, Azərbaycan) matçının təyinatları açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Komandalar arasında Tula mərkəzi stadionunda keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, avqustun 1-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Arsenal” oyunu saat 21:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: