Bakıda keçiriləcək futvolley üzrə beynəlxalq turnirdə 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək

A- A A+

Avqustun 2-dən 4-dək Bakıda futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Ötənilki turnirlərdən fərqli olaraq bu dəfə yarışda 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçiriləcək yarışdan əvvəl komandalar üçün təlim-məşq toplanışı təşkil ediləcək. Toplanış iyulun 29-dan avqustun 1-dək təşkil olunacaq. Buna görə də, iştirakçı ölkələrin komandaları artıq iyulun 28-də Bakıda olacaqlar.

Təlim-məşq toplanışında praktiki məşğələlər “Dalga Lite”da, nəzəri təlimlər isə yenicə təmirdən çıxmış “Piano” otelində təşkil olunacaq. Məşğələlərdə təlimlər keçmək üçün dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşacaqlar. Bu məşğələ turnir öncəsi hazırlıq xarakteri daşıyacaq.

Turnirin finalından sonra idmançılar ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunacaq dənizkənarı konsertdə iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: