Daniil Lesovoy: “Arsenal” və “Neftçi” komandalarının Avropa Liqasının növbəti raunduna çıxmaq şansları bərabərdir
Tulanın “Arsenal” komandasının yarımmüdafiəçisi Daniil Lesovoyun fikrincə, onun təmsil etdiyi Rusiya komandasının və Azərbaycanın “Neftçi” futbol klubunun Avropa Liqasının üçüncü təsnifat raunduna çıxmaq şansları bərabərdir.
NUHÇIXAN xəbər verir ki, Lesovoy bu barədə jurnalistlərlə söhbətində deyib: “Nə üçün uduzduğumuzu başa düşmürəm. Biz bu matça uzun müddət hazırlaşmışdıq, oyunda qalib gəlmək əzmində idik. Cümə günü hökmən görüşəcəyik və bu matçda nəyi düzgün etmədiyimizi araşdıracağıq. Cavab oyununda şanslarımız 50:50 kimidir”.
Xatırladaq ki, Avropa Liqasının ikinci təsnifat raundunun birinci matçında “Arsenal” Bakının “Neftçi” komandasına 0:1 hesabı ilə uduzub. Bu oyun Tulada keçirilib.
Cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.