"Barselona" Messiyə müddətsiz müqavilə təklif edib

A- A A+

İspaniyanın “Barselona” klubu əsas komandanın kapitanı Lionel Messiyə karyerasının sonuna qədər müqavilə təklif edib.

NUHÇIXAN xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçu ilə 2021-ci ilin yayına qədər olan sözləşmənin müddətini yeniləmək istəyirlər. Argentinalı forvard da dəfələrlər karyerasını “Barselona”da başa vurmaq istədiyini söyləyib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: