Zabit Səmədov “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparacaq

A- A A+

Bu gün Moskvadakı “Vegas City Hall” arenasında kikboksinq üzrə “ЖАРА Fight Show” turniri keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu axşam peşəkar kikboksçu, çoxqat dünya çempionu, “Mauqli” ləqəbli azərbaycanlı Zabit Səmədov öz növbəti döyüşünü keçirəcək. Zabit Səmədov rinqdə Fransadan olan “Crazy Horse” ləqəbli təcrübəli rəqibi Freddi Kemayo ilə qarşılaşacaq.

Bu döyüşün qalibi “King of Kings” (KOK) versiyası üzrə Avropa çempionu adı qazanacaq. Dünən idmançılar rəsmi çəkilmə proseduranda iştirak edib və onların öz çəki kateqoriyasına uyğun olması müəyyən edilib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “ВКонтакте” şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Biz qarşıdakı döyüşü səbirsizliklə gözləyirik və əlbəttə, inanırıq ki, Zabit Səmədov rinqdə qələbələr seriyasını davam etdirəcək. Bunun üçün Zabitin bütün peşəkar keyfiyyətləri var. O, sarsılmaz qələbə əzminə malik olan döyüşçüdür. İnanıram ki, təknövçülük həvəskarları baxımlı bir döyüşün şahidləri olacaq. Mən Zabit Səmədova rinqdə uğurlar, peşəkar karyerasında növbəti qələbə arzu edirəm!”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: