UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Arsenal” matçının təyinatları açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.
UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.
Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, avqustun 1-də “Bakcell Arena”da keçiriləcək "Neftçi”–"Arsenal” oyunu saat 21:00-da başlayacaq.