“Qarabağ”–“Dundalk” oyununda əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub

A- A A+

İyulun 31-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ”–“Dundalk” (İrlandiya) qarşılaşmasından əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

NUHÇIXAN klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, hər iki klubun baş məşqçisinin mətbuat konfransı iyulun 30-da “Azərsun Arena”nın mətbuat zalında təşkil olunacaq. “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-də, “Dundalk”ı çalışdıran Stiven Kenni isə saat 19:30-da media mənsublarının önünə çıxacaq. Hər iki komandanın məşqinin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Qarabağ”–“Dundalk” matçı iyulun 31-də saat 21:00-da başlayacaq. İrlandiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: