“Mercedes”in rəhbərliyi gələn mövsümdə Almaniya Qran-Prisinin yürüşlərin təqvimində qalıb-qalmaması məsələsinə qarışmağı planlaşdırmır.
NUHÇIXAN xəbər verir ki, bir il əvvəl Almaniya komandası baş şirkətlə birgə təşkilatçılarla sponsor sazişi imzalayıb. Bu saziş mərhələnin təqvimdə qalmasına kömək olub. Lakin indi “Mercedes” təşkilatçılara yenidən kömək etməyi planlaşdırmır.
“Biz bacardığımız qədər kömək etdik. Ötən il biz heç bir müzakirə olmadan saziş bağladıq. Lakin belə davam edə bilməz. Mən, həmçinin hesab edirəm ki, biz Formula 1-in və “Liberty Media”nın biznes-tərəflərinə qarışmamalıyıq. Hansı mərhələnin Formula 1 təqviminə daxil olacağına onlar qərar verməlidirlər”, - deyə “GrandPrix” nəşri “Mercedes”in rəhbəri Toto Volfdan sitat gətirir.