Azərbaycan şahmatçısı Namiq Quliyev İspaniyada keçirilən “Open Kataloniya” turnirində uğurlu çıxışını davam etdirir.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz səkkizinci turda ispaniyalı şahmatçı Miguel Munozla heç-heçə edib. Səkkiz turdan 6,5 xal toplayan şahmatçımız liderlər qrupundadır.
Bu gün sonuncu turun - doqquzuncu turun oyunları keçiriləcək. Təmsilçimiz hindistanlı Ra Harikrişnanla qarşılaşacaq.