“Monako” Londonun “Arsenal” komandasının müdafiəçisi Şkodran Mustafi ilə maraqlanıb və bu oyunçunun qiymətini öyrənmək məqsədilə “topçular”a müraciət edib.
NUHÇIXAN xəbər verir ki, İngiltərə klubu bu 27 yaşlı futbolçunu 30 milyon avroya satmağa hazırdır.
Əvvəl verilmiş məlumata görə, londonlular komandanın məvacib cədvəlini “yüngülləşdirmək” və onu gücləndirmək üçün pul qazanmaq məqsədilə cari transfer pəncərəsi dövründə Mustafi, Henrix Mxitaryan və Məsud Özili satmaq niyyətindədirlər.
Mustafi London klubuna 2016-cı ilin yayında “Valensiya”dan keçib. Bu sövdə təqribən 40 milyon avroya başa gəlib. Mustafi “Arsenal”ın heyətində 115 matç keçirib, bu oyunlarda 8 qol vurub və 4 səmərəli ötürmə edib. Onun “topçular”la sazişi 2021-ci ilin yayına qədər qüvvədədir. Mustafi 2014-cü ildə Almaniya yığmasının heyətində dünya çempionu olub.