Yeniyetmə güləşçilər Murad Haqverdiyev və Fərhad Kərimli bürünc medal uğrunda mübarizə aparacaqlar

A- A A+

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

NUHÇIXAN Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizə aparırlar.

Güləşçilərimizdən Murad Haqverdiyev (45 kq) dünya çempionatına inamlı qələbə ilə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının qalibi ilk görüşdə Gürcüstan idmançısı üzərində qələbə qazanıb. Rusiyalı rəqibini də üstələyən M.Haqverdiyev adını yarımfinala yazdırıb. Ancaq bu mərhələdə iranlı güləşçiyə məğlub olan Murad iyulun 31-də bürünc medal uğrunda yarışacaq.

Fərhad Kərimli (60 kq) ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarına qalib gəlib. Həmyerlimiz dörddəbir finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında İran təmsilçisinə uduzan Fərhad iyulun 31-də üçüncü yer uğrunda güləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: