Bu gün “Neftçi” klubu “Arsenal” (Tula) komandasını qəbul edəcək

A- A A+

Avqustun 1-də Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın "Arsenal” (Tula) komandasını qəbul edəcək.

NUHÇIXAN xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

“Bakcell Arena”da keçiriləcək cavab oyunu saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: