Zidan “Real” – “Tottenhem” matçı zamanı Beylin qolf oynamasına münasibət bildirib

A- A A+

KİV-lərdə yayılmış informasiyaya görə, “Real” komandasının yarımmüdafiəçisi Qaret Beyl “Audi Cup” turnirinin yarımfinalında “Real” – “Tottenhem” matçı zamanı qolf oynamaqla məşğul olub.

“Real” komandasının baş məşqçisi Zinəddin Zidan bu məlumatı şərh edib.

NUHÇIXAN xəbər verir ki, 30 yaşlı Qaret Beyl iyulun 30-da qolf oynamaq üçün Boadilya-del-Monte şəhərinə gedib. Həmin vaxt “Tottenhem” Beylin keçmiş klubu ilə görüşürdü.

“Daily Mail” nəşri Zidanın bu sözlərini sitat gətirib: “Mən öz oyunçularımla buradayam. Beyli danlamağa və ona nəyisə qadağan etməyə hazırlaşmıram. O, kifayət qədər yaşlı adamdır və istədiyi işlə məşğul ola bilər. Bu, onun şəxsi həyatıdır və mən bunu pisləmirəm. Zənnimcə, Beyl yaxşıca məşq edib. Baxarıq, görək mən Madridə qayıdandan sonra nə baş verəcək”.

Zidan daha əvvəl bildirib ki, Beyl yaxşı formada deyil, buna görə də “Audi Cup” turnirində iştirak etmək üçün Almaniyaya getməyib. “Kral klubu”nun baş məşqçisi futbolçunun satılmasının tərəfdarıdır. Amma Beyl özü bu komandadan getmək istəmir, hərçənd yeni mövsümdə ona sabit oyun vaxtı verilməyə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: