UEFA səhvən “Monako” futbol klubunu 100 illik yubiley münasibətilə təbrik edib

A- A A+

UEFA sosial şəbəkələrdə səhvən “Monako” futbol klubunu 100 illiyi münasibəti ilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, klub “Twitter”də UEFA-ya təbrikə görə təşəkkür edərək qeyd edib ki, klub bu il 95 illiyini qeyd edir. Yüz illik yubiley isə 2024-cü ildə olacaq.

Fransanın ən qədim klublarından olan “Monako” futbol klubu 1924-cü ildə Monako Futbol Klubu İdman Assosiasiyası kimi yaranıb. "Monako" tarixi ərzində 8 dəfə Fransa çempionatının və 6 dəfə ölkə kubokunun qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: