UEFA Avropa Liqası: “Qəbələ” klubu səfərdə Tbilisinin “Dinamo” komandası ilə qarşılaşır

A- A A+

Avqustun 1-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” komandası səfərdə “Dinamo” klubu ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, Tbilisidə Boris Payçadze adına stadiondakı qarşılaşmada Azərbaycan komandasının heyətində ilk onbirlikdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Asif Məmmədov, Kristian Kuaku, Fernan Lopez, Merab Qiqauri meydana çıxıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutaliya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze yer alıblar.

Görüşü finlandiyalı baş hakim Petri Vilyanen idarə edir.

Cütlüyün qalibi üçüncü təsnifat mərhələsində Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Komandalar arasında iyulun 25-də Qəbələ şəhərində keçirilmiş ilk matçda “Dinamo” 2:0 hesabı ilə üstün olmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: