Dani Alves 17 ildən sonra karyerasını doğma vətənində davam etdirəcək

A- A A+

Fransanın “Paris Sen-Jermen” futbol klubunun sabiq müdafiəçisi və Braziliya millisinin üzvü Dani Alveş 17 ildən sonra karyerasını doğma vətənində davam etdirəcək.

NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, 36 yaşlı müdafiəçi Braziliyanın “San Paulo” komandasına transfer olub. Braziliya klubu Dani Alveş ilə 2022-ci ilin sonunadək qüvvədə olan müqavilə imzalayıb. Futbolçu Braziliya təmsilçisinə azad agent kimi keçib.

Xatırladaq ki, 2002-ci ildə “Bahia” klubundan “Sevilya”ya transfer edilən Dani Alveş daha sonra “Barselona”, “Yuventus” və “Paris Sen-Jermen” komandalarında forma geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: