“Barselona”nın hücumçusu Malkom “Zenit” komandasına transfer olunub

A- A A+

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Malkom Rusiyanın “Zenit” komandasına keçib.

NUHÇIXAN xəbər verir ki, 22 yaşlı braziliyalı hücumçu Rusiya təmsilçisi ilə beş illik müqavilə imzalayıb. “Zenit” klubu Malkoma görə Kataloniya təmsilçisinə 40+5 milyon avro ödəyib.

Qeyd edək ki, Braziliyanın “Korintians” klubunun yetirməsi olan Malkom 2018-ci ildə Fransanın “Bordo” komandasından “Barselona”ya transfer olunub. O, Kataloniya təmsilçisinin heyətində keçirdiyi 15 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: