“Fənərbağça” növbəti transferini reallaşdırır

A- A A+

İstanbulun “Fənərbağça” futbol klubu “Kayserispor”un yarımmüdafiəçisi Deniz Türüçün transferi barədə razılığa gəlib.

NUHÇIXAN xəbər verir ki, 26 yaşlı türkiyəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. “Fənərbağça” Türkiyə millisinin üzvü üçün 2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, D.Türüç ötən mövsümdə Kayseri təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 2 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: