Avropanın futbol üzrə klub turnirlərinin kubokları İstanbul hava limanında nümayiş etdirilir

A- A A+

UEFA Çempionlar Liqasının qalibi “Liverpul” komandası ilə Avropa Liqasının çempionu “Çelsi” klubları arasında avqustun 14-də İstanbulda oynanılacaq Super Kubok uğrunda qarşılaşma ilə əlaqədar qitənin ən nüfuzlu klub turnirlərinin hər üç kuboku Türkiyəyə gətirilib.

NUHÇIXAN xəbər verir ki, “Beşiktaş” klubunun ev oyunlarını keçirdiyi “Vodafone Park”da keçiriləcək qarşılaşma ilə əlaqədar Çempionlar Liqasının, Avropa Liqasının kubokları və Super Kubok İstanbul hava limanında nümayiş etdirilir. Futbol azarkeşlərinə xüsusi platformada sərgilənən və yüksək səviyyədə mühafizə olunan kuboklara bir metr məsafədən baxmağa icazə verilir.

İstanbul sonuncu dəfə 2005-ci ildə UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi edib. Həmin görüşdə “Liverpul” komandası “Milan”a qalib gələrək çempion olub.

Xatırladaq ki, futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün Madridin “Metropolitano” stadionunda oynanılan final qarşılaşmasında “Liverpul” komandası “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final matçında isə “Çelsi” klubu “Arsenal” komandasını 4:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: