Avqustun 4-də futbol üzrə İngiltərə kubokunun qalibi müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, kubokun sahibi “Mançester Siti” klubu olub.
Mançester təmsilçisi finalda “Liverpul” klubunu penalti seriyalarında məğlub edib (5:4). Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Mançester Siti” klubunun heyətində Rahim Sterlinq (12), “Liverpul”un heyətində isə Joel Matip (77) fərqlənib.
Beləliklə, “Mançester Siti” tarixində 6-ci dəfə İngiltərə Super kubokunun qalibi olub.