Avqustun 5-də Latviyanın paytaxtı Riqada beynəlxalq açıq turnir keçirilir.
NUHÇIXAN xəbər verir ki, yarışların A turnirində şahmatçılarımız Nicat Abbasov, Günay Məmmədzadə, Səbinə İbrahimova və Nərmin Söyünlü mübarizə aparırlar.
Turnirdə 304 şahmatçı iştirak edir. Onlardan 39-u qrossmeysterdir.