“Neftçi” – “Bney Yehuda” matçının biletləri satışa çıxarılıb

A- A A+

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyununun biletləri avqustun 5-də satışa çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, qiyməti 2, 5, 20 və 100 manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”dən, “Mega City” ticarət mərkəzindən, “Şahənşah” şadlıq sarayının birinci mərtəbəsindən, “Metropark” mağazalarından və “Mega Store”dan əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

Xatırladaq ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: