Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri yeni uğura imza atıblar.
NUHÇIXAN xəbər verir ki, 29 iyul-4 avqust tarixlərdə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində iştirak edən 8 və 10 yaşlı zəka sahiblərimiz A və B qruplarında mübarizə aparıblar. Turnirdə çıxış edən şahmatçımız Ərturan İsmayılov qalib adını qazanıb. Nazlı Hümbətova isə qızlar arasında üçüncü olub.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.